"TotalEnergies"in baş direktoru Fransa hökumətinə xəbərdarlıq edib

Dünya xəbərləri Materials 5 May 2026 21:37 (UTC +04:00)
"TotalEnergies"in baş direktoru Fransa hökumətinə xəbərdarlıq edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransa hakimiyyəti vergiləri artırmaq qərarına gəlsə, "TotalEnergies" yanacaq qiyməti limitini gözləməyəcək.

Trend xəbər xarici mediaya istinadla verir ki, bu barədə şirkətin baş direktoru Patrik Puyanne bildirib.

“Böhranın lap əvvəlindən biz çox səxavətli qiymət həddi müəyyən etmişik. Əgər hökumət neft emalı zavodlarına vergi tətbiq etmək qərarına gələrsə, biz ödəyəcəyik, amma təbii ki, fransızlar üçün qiymət həddi siyasətini özü həyata keçirməli olacaq. "TotalEnergies" bu işə qarışmayacaq”, - deyə o bildirib.

Puyanne Fransada yanacaq çatışmazlığının "olmayacağına" söz verib.

30 apreldə TotalEnergies yanacaq qiymətinə qoyulan məhdudiyyəti ən azı may ayının sonuna qədər uzatmaq niyyətində olduğunu açıqlayıb. Yanacaqdoldurma məntəqələrində maksimum qiymət benzinin litri üçün 1,99 avro, dizelin litri üçün isə 2,25 avro olacaq.

"TotalEnergies" şirkətinin açıqlaması, şirkətin 2026-cı ilin birinci rübündə mənfəətinin kəskin artması ilə bağlı ictimai müzakirələr fonunda yayılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti