Aleksandr Çayko Rusiya Hərbi Qüvvələrinin komandanı təyin olunub

Dünya xəbərləri Materials 5 May 2026 16:27 (UTC +04:00)
Aleksandr Çayko Rusiya Hərbi Qüvvələrinin komandanı təyin olunub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Rusiyada general-polkovnik Aleksandr Çayko Rusiya Hərbi-Kosmik Qüvvələrinin (HKQ) baş komandanı vəzifəsinə təyin olunub.

Trend xəbər verir ki, bu barədə xarici mediaya istinadən məlumat yayıb.

Bundan əvvəl Hərbi-Kosmik Qüvvələrə general Viktor Afzalov başçılıq edirdi. Afzalov 2023-cü ilin oktyabr ayına qədər HKQ baş qərargah rəisi vəzifəsini tuturdu.

Çayko 1971-ci ildə Moskvada dünyaya gəlib. Moskva Ali Ümumqoşun Komanda Məktəbini bitirib. 2001-ci ildə Ümumqoşun Silahlı Qüvvələr Akademiyasında (M.V.Frunze adına) ali hərbi təhsilini başa vurub. 2012-ci ildə isə Baş Qərargah Akademiyasını bitirib.

2019-cu ilin sentyabrından 2021-ci ilin iyununa qədər Suriyada Rusiya hərbi birləşmələrinin komandanı olub. Daha sonra Şərq Hərbi Dairəsinə rəhbərlik edib, bu vəzifədə onu general Rüstəm Muradov əvəz edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti