Sürətli pul köçürmələri sistemləri ilə aparılan əməliyyatların həcmi artıb

İqtisadiyyat Materials 5 May 2026 16:19 (UTC +04:00)
Sürətli pul köçürmələri sistemləri ilə aparılan əməliyyatların həcmi artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin mart ayında Azərbaycanda sürətli pul köçürmə sistemləri vasitəsilə banklara 123,2 milyon manat (238 min əməliyyat) daxil olub.

Bu haqda Trend Azərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.

Məlumata görə, ötən ilin mart ayı ilə müqayisədə əməliyyatların sayı 33,4 min və ya 12,3% azalıb, daxil olan vəsaitlərin həcmi isə 11,7 milyon manat və ya 10,5% artıb.

Hesabat dövründə bir köçürmənin orta məbləği 578,4 manat təşkil edib ki, bu da 2025-ci ilin mart ayı ilə müqayisədə 106,8 manat və ya 26% çoxdur.

Qeyd edək ki, mart ayının sonuna olan məlumata görə, banklar və “Azərpoçt” MMC sistemlərində dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ay ilə müqayisədə 62 min ədəd artaraq 22 milyon 409 min karta çatıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 10% artıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti