Azərbaycanda ən çox bazar payına malik sosial şəbəkələr – SİYAHI

Telekommunikasiya Materials 5 May 2026 06:30 (UTC +04:00)
Azərbaycanda ən çox bazar payına malik sosial şəbəkələr – SİYAHI
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin aprel ayında Azərbaycan istifadəçilərinin “Facebook” sosial şəbəkəsində fəallığı əvvəlki ayla müqayisədə 2,51 faiz bəndi artaraq, 28,83 faiz təşkil edib.

Trend bu barədə “Global Stats” Statistika Mərkəzinə istinadən xəbər verir.

Bu göstəriciyə görə, ikinci yerdə “YouTube” dayanır. Hesabat ayında bu platformanın payı aylıq ifadədə 1,42 faiz bəndi azalaraq, 27,27 faizə bərabər olub.

Siyahıda üçüncü yerdə 18,27 faizlə “İnstagram” gəlir (əvvəlki ayla müqayisədə 0,74 faiz bəndi az).

Siyahıın dördüncü pilləsində “Pinterest” sosial şəbəkəsi qərarlaşıb. Onun yerli bazarda payı ötən ayla müqayisədə 1,75 faiz bəndi artaraq, 10,44 faiz təşkil edib.

“X” media platforması 6,62 faizlə Azərbaycanın sosial şəbəkələr bazarında populyarlığına görə beşinci yerdə qərarlaşıb (ay ərzində 1,15 faiz bəndi az).

Reytinqdə altıncı yeri 4,18 faiz göstərici ilə “Reddit” tutub (əvəlki ayla müqayisədə 0,22 faiz bəndi az).

“Linkedin” isə 3,65% payla (əvvəlki ayla müqayisədə 0,43 faiz bəndi az) 8-ci yerdə qərarlaşıb.

Digər sosial şəbəkələrin payı 0,74 faiz təşkil edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti