Bakı. Trend:
İnvestisiya dünyasının ən son yeniliklərini müştərilərinə
çatdıran Yelo Bank, ölkənin maliyyə bazarında baş verən tarixi
hadisəyə – PAŞA Bank-ın İlkin Kütləvi Təklif (IPO) prosesinə
qoşulub. Artıq investorlar Yelo Invest tətbiqi vasitəsilə PAŞA
Bank-ın səhmlərini onlayn qaydada əldə edə bilərlər.
Yelo Invest vasitəsilə IPO-da iştirakın üstünlükləri:
Bir səhmin ilkin yerləşdirmə qiyməti 55 AZN-dir;
Minimum alış cəmi 1 səhmdən başlayır, maksimum limit isə tətbiq
olunmur;
Abunə dövründə (12 mayadək) əvvəlcədən ödənilmiş məbləğlərə illik
5% faiz (gündəlik əsasda) gəliri hesablanır;
Banka gəlmədən, birbaşa mobil tətbiqdə Yelo Invest üzərindən
sürətli abunə yazılışı.
Yerləşdirmə Bakı Fond Birjası vasitəsilə həyata keçirilir və
investorlar üçün şəffaf gəlir imkanı yaradır. Vaxt itirmədən Yelo
App-ə daxil olaraq bu fürsətdən yararlana və investisiya portfelini
dəyərli aktivlərlə zənginləşdirə bilərsən. Yelo Invest: https://ylb.az/invest.
Yelo Invest haqqında əlavə suallarınız (məs:
investisiya şirkətləri hansılardır?) var? O zaman 981 nömrəsinə
zəng edin və ya Facebook,
Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!