Prezident İlham Əliyevin "Avropa Siyasi Birliyi"nin sammitində iştirakı yeni abu-havadan xəbər verir - Antonio Koşta

Dünya xəbərləri Materials 5 May 2026 15:35 (UTC +04:00)
Prezident İlham Əliyevin "Avropa Siyasi Birliyi"nin sammitində iştirakı yeni abu-havadan xəbər verir - Antonio Koşta
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin "Avropa Siyasi Birliyi"nin sammitində iştirakı Ermənistan və Azərbaycan arasında yeni abu-havanı əks etdirir.

Trend xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta İrəvanda Aİ-Ermənistan sammitinin yekunlarına dair təşkil olunan mətbuat konfransında bildirib.

Koşta qeyd edib ki, "Avropa Siyasi Birliyi"nin Zirvə toplantısı və tarixdə ilk dəfə keçirilən Avropa İttifaqı-Ermənistan sammiti regional dialoqun və qarşılıqlı fəaliyyətin inkişafında vacib mərhələ olub.

Onun sözlərinə görə, cari proseslər Cənubi Qafqazda sabitlik və əməkdaşlıq yönümlü artan dinamikadan xəbər verir.

“Prezident İlham Əliyevin dünən "Avropa Siyasi Birliyi"nin sammitində iştirakı ölkələriniz arasında yeni abu-havanın göstəricisidir”, - deyə Koşta bildirib.

O vurğulayıb ki, sabit və firəvan Cənubi Qafqaz regionda uzunmüddətli inkişaf və sülh üçün həlledici əhəmiyyət daşıyır.

“Sabit və firavan Cənubi Qafqaz Ermənistanın gələcəyinin təməlini təşkil edir və Avropa İttifaqı regional sülh və normallaşma proseslərini dəstəkləməyə davam edəcək”,- deyə o qeyd edib.

Koşta, həmçinin Aİ-nin əlaqəliliyin və iqtisadi əməkdaşlığın inkişafında uzunmüddətli tərəfdaş kimi rolunu vurğulayıb.

“Nəqliyyat, enerji və rəqəmsal əlaqələrin gücləndirilməsi sayəsində biz etimadı möhkəmləndirə, iş yerləri yarada və ümumi rifah vasitəsilə qonşuları bir-birinə yaxınlaşdıra bilərik – bu isə dayanıqlı sülh üçün ən effektiv təməldir”, - deyə o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti