Ötən ay xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

Cəmiyyət Materials 5 May 2026 14:18 (UTC +04:00)
Ötən ay xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin aprel ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 151 976 nəfər olub.

Trend xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Məlumata görə, onların 114 956 nəfəri yaşa, 13 902 nəfəri əlilliyə, 23 118 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb.

Qeyd edək ki,

2026-cı ilin mart ayı ərzində isə xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 151 628 nəfər olub. Onların 114 713 nəfəri yaşa, 13 987 nəfəri əlilliyə, 22 928 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti