WUF13 çərçivəsində yarana biləcək təhlükələrə qarşı operativ reaksiya mexanizmləri hazırlanıb

Gündəm Materials 5 May 2026 11:32 (UTC +04:00)
WUF13 çərçivəsində yarana biləcək təhlükələrə qarşı operativ reaksiya mexanizmləri hazırlanıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

WUF13 zamanı daxili koordinasiya məsələləri ilə bağlı digər dövlət qurumları ilə birgə fəaliyyətin təşkili xüsusi diqqət mərkəzində saxlanılır.

Trend xəbər verir ki, bu barədə WUF13 tarixlərində nəqliyyatın idarə olunması planının təqdimatına həsr olunan brifinqdə Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin rəisi Namidan Piriyev bildirib.

N.Piriyev qeyd edib ki, bu çərçivədə həm hüquq-mühafizə orqanlarının, həm də digər aidiyyəti dövlət qurumlarının nümayəndələrinin prosesə cəlb olunması planlaşdırılır.

Onun sözlərinə görə, əsas məqsəd təhlükəsizliyin, hüquqi nəzarətin və ümumi əməliyyatların vahid mexanizm əsasında koordinasiyasını təmin etməkdir.

“Bu istiqamətdə müxtəlif qurumların əməkdaşları xüsusi hazırlıq mərhələsindən keçəcək və onların fəaliyyəti əlaqəli şəkildə təşkil ediləcək. Təhlükələrə qarşı operativ reaksiya mexanizmləri hazırlanıb və bu tədbirlər həm təşkilati, həm də icra səviyyəsində həyata keçiriləcək.

Tədbir yüksək səviyyəli beynəlxalq iştirakla keçiriləcək və bir sıra nüfuzlu təşkilatların nümayəndələri də qatılacaq. Bu baxımdan, onların təhlükəsiz daşınması və hərəkətinin təşkili xüsusi nəzarət altında olacaq”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti