Lerikdə əməliyyat: 14 kiloqram narkotik və minlərlə həb dövriyyədən çıxarıldı (VİDEO)

Hadisə Materials 5 May 2026 16:09 (UTC +04:00)
Lerikdə əməliyyat: 14 kiloqram narkotik və minlərlə həb dövriyyədən çıxarıldı (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Lerikdə 14 kiloqram narkotik vasitə və həblər aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat zamanı 29 yaşlı Azər Vəlibəyov, 30 yaşlı Ziya Məhərrəmzadə və 36 yaşlı A. Cəbiyeva saxlanılıblar. Onlardan 14 kiloqram marixuana və 4490 ədəd metadon həbi aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti