Bakı. Trend:
Pakistanın Sind əyalətində, xüsusilə liman şəhəri olan Kəraçidə müşahidə olunan anomal isti hava şəraiti azı 10 nəfərin ölümünə səbəb olub.
Trend bu barədə xarici mediaya istinadən xəbər verir.
Pakistan Meteroloji Departamentinin bundan əvvəl yaydığı məlumata görə, şəhərdə 2018-ci ildən bəri ən qızmar gün qeydə alınıb. Belə ki, temperatur yaz fəsli üçün anomal sayılan - 44 dərəcəyə (selsi) yüksəlib.
Təbii fəlakətlərlə mübarizə üzrə Milli İdarənin tövsiyələrinə əsasən, tibb müəssisələri yüksək hazırlıq vəziyyətinə gətirilib.
Normanı aşan ekstremal yüksək temperatur ölkə üzrə milyonlarla insan üçün təhlükə yaradır.
