Azərbaycanın bank sistemindən kənara köçürmələrin həcmi artıb

İqtisadiyyat Materials 5 May 2026 19:16 (UTC +04:00)
Azərbaycanın bank sistemindən kənara köçürmələrin həcmi artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Bu ilin mart ayında Azərbaycanda sürətli pul köçürmə sistemləri vasitəsilə bankdan kənara köçürmələrin həcmi 38,9 milyon manat (65,8 min əməliyyat) təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata əsasən, ötən ilin fevral ayı ilə müqayisədə əməliyyatların sayı 22,8 min və ya 25,7% azalıb, köçürmələrin həcmi isə 1,3 milyon manat və ya 3,5% artıb.

Hesabat dövründə bir köçürmənin orta məbləği 581,8 manat təşkil edib ki, bu da 2025-ci ilin mart göstəricisi ilə müqayisədə 163,8 manat və ya 39,2% çoxdur.

Qeyd edək ki, mart ayının sonuna olan məlumata görə, banklar və “Azərpoçt” MMC sistemlərində dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ay ilə müqayisədə 62 min ədəd artaraq 22 milyon 409 min karta çatıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 10% artıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti