Azərbaycanın Banklararası Kart Mərkəzi vasitəsilə ABŞ dolları ilə aparılmış əməliyyatların həcmi açıqlandı

İqtisadiyyat Materials 5 May 2026 18:15 (UTC +04:00)
Azərbaycanın Banklararası Kart Mərkəzi vasitəsilə ABŞ dolları ilə aparılmış əməliyyatların həcmi açıqlandı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 1-ə olan vəziyyətə görə, Banklararası Kart Mərkəzi vasitəsilə 6,1 milyon ABŞ dolları həcmində 27,1 ödəniş əməliyyatı həyata keçirilib.

Bu barədə Trend-ə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə əməliyyatların sayı 8,9 min ədəd və ya 48,9% artıb, məbləğ isə 1,2 milyon ABŞ dolları və ya 24,5 faiz çoxalıb.

Ötən ilin 1 aprel tarixinə olan vəziyyətə görə, Banklararası Kart Mərkəzi vasitəsilə 4,9 milyon ABŞ dolları həcmində 18,2 min ödəniş əməliyyatı həyata keçirilmişdi

Qeyd edək ki, Banklararası Kart Mərkəzi bank kartları üzrə ödənişlərin təhlükəsiz və operativ emalını təmin edən, yəni banklar arasında ödənişlərin düzgün ötürülməsini və yekunlaşdırılmasını həyata keçirən texnoloji və maliyyə infrastrukturudur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti