Rumıniya parlamenti hökumətə etimadsızlıq votumu elan edib

Dünya xəbərləri Materials 5 May 2026 17:35 (UTC +04:00)
Rumıniya parlamenti hökumətə etimadsızlıq votumu elan edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rumıniya parlamenti İlie Bolojan hökumətinə (Milli Liberal Partiya, MLP) etimadsızlıq votumu elan edib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Nazirlər kabinetinin istefasının lehinə 281 deputat və senator səs verib, əleyhinə isə 4 nəfər çıxış edib. Etimadsızlıq votumunun qəbul olunması üçün minimum 233 səs tələb olunurdu.

Hakim koalisiyaya daxil olan partiyaların ( Milli Liberal Partiya, Rumıniyanın Xilas İttifaqı və Rumıniya Macarlarının Demokratik İttifaqı) parlament üzvləri zalda olsalar da, səsvermədə iştirak etməyiblər.

“Bolojanın iqtisadiyyatın dağıdılması, əhalinin yoxsullaşdırılması və dövlət əmlakının saxta satışına dair planına son” adlı sənəd parlamentə Rumıniya Sosial-Demokrat Partiyası, Rumınların Birləşməsi Alyansı və “Sülh – Rumıniya hər şeydən əvvəl” fraksiyası tərəfindən təqdim olunub

Onlar Bolojan hökumətini sərt büdcə islahatları ilə rumınların həyat səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə səbəb olmaqda, həmçinin dövlətin strateji aktivlərini xarici şirkətlərə satmaq niyyətində ittiham edirlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti