Rusiyalı jurnalist Pulitzer mükafatına layiq görülüb

Dünya xəbərləri Materials 5 May 2026 21:00 (UTC +04:00)
Rusiyalı jurnalist Pulitzer mükafatına layiq görülüb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Rusiyalı jurnalist və yazıçı, “The New York Times” qəzetinin köşə yazarı Maşa Gessen Pulitzer mükafatına layiq görülüb.

Trend bu barədə xarici mediaya istinadən xəbər verir.

Pulitzer mükafatının təşkilatçıları qeyd edirlər ki, jurnalist tarixi faktlara və şəxsi təcrübəyə əsaslanan, zülm, mənsubiyyət və sürgün kimi aktual mövzuları araşdıran dərin düşünülmüş esselər toplusuna görə bu mükafatla təltif olunub.

Gessen materiallarında SSRİ, Rusiya və ABŞ-da yaşamaq təcrübələrinə əsaslanaraq siyasət və sosial problemlər barədə mülahizələr yürüdür.

Belə ki, esselərdən birində Gessen ABŞ Prezidenti Donald Trampın ikinci prezidentlik müddəti ərzində ABŞ-də baş verən dəyişikliklərdən bəhs edir və bunu Rusiyada avtoritarizmin güclənməsi ilə müqayisə edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti