İsrail qoşunları Livanın cənubunda atəşə tutulub

Dünya xəbərləri Materials 6 May 2026 06:28 (UTC +04:00)

Bakı. Trend:

Livanın cənubunda fəaliyyət göstərən İsrail hərbçiləri "Hizbullah" təşkilarının bölmələri tərəfindən atəşə məruz qalıblar.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

Məlumata əsasən, mayın 5-i axşamı iki belə hadisə qeydə alınıb və ümumilikdə "bir neçə raket" atılıb.

"Raketlər əsgərlərin yaxınlığına düşüb. İsrail Müdafiə Qüvvələri arasında itki barədə məlumat verilməyib", - deyə bildirilib.

Xəbər lenti

Xəbər lenti