Astanadakı “Böyük Dəbilqə”də Azərbaycanı 11 cüdoçu təmsil edəcək

İdman Materials 6 May 2026 02:17 (UTC +04:00)
Astanadakı “Böyük Dəbilqə”də Azərbaycanı 11 cüdoçu təmsil edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə “Böyük Dəbilqə” turniri keçiriləcək.

Trend-in məlumatına görə, yarışda Azərbaycanı 7 çəki dərəcəsində 11 cüdoçu (6 kişi, 5 qadın) mübarizə aparacaq.

İdmançılara kişilərdən ibarət yığma komandanın böyük məşqçiləri – Elxan Məmmədov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.

Dünya Cüdo Turuna daxil olan turnirdə 37 ölkədən 303 idmançı (178 kişi, 125 qadın) qüvvəsini sınayacaq.

Millinin heyəti:

Kişilər

66 kiloqram

Rəşad Yelkiyev

Turan Bayramov

73 kiloqram

Rəşid Məmmədəliyev

90 kiloqram

Aslan Kotsoyev

+100 kiloqram

Camal Feyziyev

Uşanqi Kokauri

Qadınlar

48 kiloqram

Könül Əliyeva

Şəfəq Həmidova

52 kiloqram

Gültac Məmmədəliyeva

Leyla Əliyeva

70 kiloqram

Südabə Ağayeva

Qeyd edək ki, turnir mayın 8-10-da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti