Hörmüz boğazında ticarət gəmisinə hücum edilib - UKMTO

Dünya xəbərləri Materials 6 May 2026 02:51 (UTC +04:00)

Bakı. Trend:

Hörmüz boğazında ticarət gəmisi hücuma məruz qalıb.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniya Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzi (UKMTO) xəbər verib.

"UKMTO Hörmüz boğazında baş verən hadisə barədə məlumat alıb. Təsdiqlənmiş mənbə bildirib ki, ticarət gəmisi naməlum mərmi ilə vurulub", - deyə bildirilib.

Hadisənin təfərrüatları, o cümlədən hücuma məruz qalan gəminin adı və ya hücuma məruz qaldığı yerin dəqiq koordinatları barədə məlumat verilməyib.

Xəbər lenti

Xəbər lenti