Peyk məlumatları bizə torpaqda bu gün nə baş verdiyini göstərir - Azərkosmos sədri

Cəmiyyət Materials 6 May 2026 12:26 (UTC +04:00)
Peyk məlumatları bizə torpaqda bu gün nə baş verdiyini göstərir - Azərkosmos sədri
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Peyk və süni intellekt texnologiyaları torpaq sahələrində risk zonalarını ilkin mərhələdə müəyyən etməyə, adaptasiya strategiyalarını formalaşdırmağa və daha dayanıqlı kənd təsərrüfatı modelini qurmağa kömək edir.

Trend xəbər verir ki, bu fikirləri V Aqrobiznesin İnkişafı Forumu çərçivəsində təşkil edilən ictimai dinləmədə Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) İdarə Heyətinin sədri Dunay Bədirxanov deyib.

O bildirib ki, peyk vasitəsilə hansı torpağın yaxşı əkilib-becərildiyini görmək mümkündür.

"Artıq 9 ildir ki, peyk məlumatları əsasında aqrar sektorda qərarvermə prosesinə dəstək veririk və bu müddət ərzində verilən yanaşma kənd təsərrüfatının idarəetmə məntiqini köklü şəkildə dəyişib. Peyk vasitəsilə artıq çox tez bir zamanda görə bilirik ki, hansı sahə əkilib, hansı hissə boş qalıb”.

O əlavə edib ki, 2025-ci il üzrə məlumatlara əsasən, strateji bitkilər üzrə dəqiqlik göstəriciləri peyk əsaslı məlumatlara görə 92-99 % intervalındadır. Bu da çox yüksək nəticədir:

“Peyk məlumatları bizə torpaqda bu gün nə baş verdiyini göstərir. Süni intellekt isə həmin məlumatlara əsaslanaraq sabah bizi nə gözlədiyini anlamağa imkan verir".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti