Bakı.Trend:
“Swiss” hava yolları şirkətinə məxsus LX123 reysi ilə uçan sərnişin təyyarəs pilotlardan birinin halının pisləşməsi və tibbi yardıma ehtiyacının yaranması ilə əlaqədar Almatı hava limanın məcburi eniş etməli olub.
Trend bu barədə xarici mediaya istinadən xəbər verir.
“Xoşbəxtlikdən, göyərtədə üç həkim var idi və onlar pilota ilkin tibbi yardım göstərə bildilər”, – deyə aviaşirkət rəsmisinin mətbuata açıqlamasında deyilir.
“Swiss”in nümayəndəsi əlavə edib ki, həkimlərin tövsiyəsi ilə ekipaj reysi Almatıya yönləndirmək qərarı qəbul edib. Onun sözlərinə görə, göyərtədə 227 sərnişin və 14 ekipaj üzvü olub
Bundan əvvəl Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi Seul–Sürix marşrutu üzrə uçan təyyarənin Almatı hava limanına plandankənar eniş etməsi ilə bağlı məlumatı təsdiqləyib və bildirib ki, qurumun məlumatına əsasən, eniş normal rejimdə baş tutub.
