Bakı.Trend:
Bakıda 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumunun ikinci günü öz işinə başlayıb.
Trend xəbər verir ki, regionun kənd təsərrüfatı və qida sənayesi üzrə sərgiləri olan “Caspian Agro Week” və “InterFood Azerbaijan” müvafiq sahələrdə fəaliyyət göstərən bütün oyunçuları bir araya toplayan ilin vacib hadisələridir.
Bu gün “Müasir kənd təsərrüfatı əməkdaşlığı dayanıqlı inkişafın əsası və ərzaq təhlükəsizliyinin təminatı kimi” mövzusunda konfrans keçiriləcək.
Tədbir çərçivəsində “İqlim, iqtisadi və təhlükəsizlik amilləri kontekstində ərzaq təhlükəsizliyi: regional perspektivlərin fərqləri və oxşarlıqları” mövzusuna həsr olunmuş panel sessiya təşkil olunacaq.
Panel müzakirəsində Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı, Özbəkistanın kənd təsərrüfatı naziri İbrahim Abdurahmonov, Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonqulaşvili iştirak edəcəklər.
Xəbər yenilənəcək
