Azərbaycanda xarici sektor göstəriciləri əlverişli olaraq qalır - AMB

İqtisadiyyat Materials 6 May 2026 10:27 (UTC +04:00)
Azərbaycanda xarici sektor göstəriciləri əlverişli olaraq qalır - AMB
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda xarici sektor göstəriciləri əlverişli olaraq qalır.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Bildirilib ki, gömrük statistikasına əsasən, 2026-cı ilin I rübündə ölkənin xarici ticarətində 1.4 milyard ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövründəki göstəricini 93.3% üstələyir.

"Mərkəzi Bankın 2026 və 2027-ci illərin sonuna cari əməliyyatlar hesabının profisiti üzrə proqnozu yaxşılaşma istiqamətində yenilənib. Bu, son vaxtlar əsas ixrac məhsulları üzrə qiymətlərin yüksəlməsi, eləcə də qeyri-neft ixracının genişlənməkdə davam etməsi ilə bağlıdır", - məlumatda qeyd edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti