IsDB və Azərbaycan 2027–2031-ci illər üzrə Tərəfdaşlıq Strategiyası haqqında Memorandum imzalaya bilər (ÖZƏL)

İqtisadiyyat Materials 7 May 2026 09:45 (UTC +04:00)
IsDB və Azərbaycan 2027–2031-ci illər üzrə Tərəfdaşlıq Strategiyası haqqında Memorandum imzalaya bilər (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı.Trend:

İslam İnkişaf Bankı qrupu (IsDB) və Azərbaycan 2027–2031-ci illər üzrə Tərəfdaşlıq Strategiyası haqda Memorandum imzalaya bilər.

Bunu IsDB Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir Azərbaycana səfəri çərçivəsində Trend-ə verdiyi özəl müsahibədə bildirib.

"2027–2031-ci illər üzrə dövlətlə tərəfdaşlıq strategiyasını razılaşdırmağı planlaşdırırıq və bu strategiya Azərbaycanın inkişaf planı ilə sinxronlaşdırılacaq. Biz Azərbaycanın iqtisadi inkişaf məqsədlərinə nail olmaq üçün addımbaaddım birlikdə irəliləyəcəyik”,-deyə o əlavə edib.

Qrup sədri bildirib ki, sənəd artıq tərtibat mərhələsindədir.

“Ümid edirik ki, bu məsələ ilə bağlı qarşılıqlı anlaşma memorandumu iyun ayında imzalanacaq. Bu, iqtisadi inkişaf təkanını əhəmiyyətli dərəcədə gücləndirəcək. Belə mexanizm və digər inkişaf institutlarının iştirakı olmadan bəzi layihələr gecikə bilər. Lakin sizin balanslaşdırılmış iqtisadi siyasətiniz sayəsində bizim kimi institutlardan borclanma cəlb edə və iqtisadiyyatın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən layihələrin icrasını təxirə salmaya bilərsiniz. Ölkədə dövlət borcu nisbətən aşağı səviyyədə qalır və borclanma yalnız məhsuldar investisiyalara yönəldilir. Bu investisiyaların iqtisadiyyata təsiri həmişə müsbətdir: onlar daha yüksək multiplikativ effekt yaradır, iqtisadi artımı və vətəndaşlar üçün keyfiyyətli iş yerlərinin yaradılmasını təmin edir”,- deyə o bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti