Bakı. Trend:
Kriptovalyuta bazarında aparıcı aktivlər üzrə cüzi ucuzlaşma qeydə alınıb.
Trend xəbər verir ki, “CoinMarketCap” platformasında son 24 saat ərzində Bitkoin 0,68% dəyər itirərək 80 937 dollara enib. “Ethereum”un qiyməti isə 2,04% azalaraq 2 326 dollar təşkil edib.
Əsas kriptovalyutalar arasında BNB 1,31% bahalaşaraq 643 dollara yüksəlib. Qızıla bağlı olan “Tether Gold”un qiyməti 1,13% artımla 4 683 dollara, “PAX Gold” isə 1,06% bahalaşaraq eyni səviyyəyə çatıb.
Bununla yanaşı, “Zcash” 1,89% artaraq 534 dollara, “Monero” 0,39% yüksələrək 408 dollara, “Bittensor” isə 7,12% bahalaşaraq 307 dollara çatıb.
Kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 0,59% azalaraq 2,68 trilyon dollara düşüb.