Paşinyan Rusiyada 9 may paradında iştirak etməyəcək

Dünya xəbərləri Materials 7 May 2026 15:38 (UTC +04:00)
Paşinyan Rusiyada 9 may paradında iştirak etməyəcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyada mayın 9-da keçiriləcək Qələbə paradında iştirak etməyəcək.

Trend xarici mediaya istinadən xəbər verir ki, Paşinyan bu barədə Rusiya Prezidenti Vladimir Putini öncədən məlumatlandırdığını bildirib.

Paşinyanın sözlərinə görə, bu, Ermənistanda seçki kampaniyasının başlaması ilə əlaqədardır.

“Rusiya Federasiyasına aprel ayında etdiyim səfər zamanı RF prezidentinə bildirdim ki, seçki kampaniyası ilə əlaqədar 9 Mayla bağlı tədbirlərdə iştirak edə bilməyəcəyəm. Artıq ona bildirmişəm ki, seçki kampaniyasında iştirak edəcəyəm”, - deyə Paşinyan qeyd edib.

Qeyd edək ki, Paşinya və Putin arasında görüş aprelin 1-də Moskvada baş tutub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti