İqlim dəyişikliyindən danışarkən həll yollarına diqqət yetirməliyik - BMT rəsmisi

İqtisadiyyat Materials 7 May 2026 15:04 (UTC +04:00)
İqlim dəyişikliyindən danışarkən həll yollarına diqqət yetirməliyik - BMT rəsmisi
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Fermer təbiət qüvvələrindən çox asılıdı. Yağıntı, temperatur, quraqlıq, eroziya, zərərvericilər və xəstəliklər fermerin qarşılaşdığı təbiət qüvvələridir.

Trend xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatınin (FAO) Azerbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Nasar Hayat bu gün Bakıda keçirilən “Risklərə Qarşı Aqrar Sığorta Çətiri” mövzusunda Sığorta Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, iqlim dəyişikliyi səbəbindən kənd təsərrüfatına təsir edən qüvvələr də dəyişir:

"Bunun öhdəsindən necə gələk? Biz onlara texnologiyanın tətbiqi ilə kömək edirik. Faydalı və vacib olan yenilikləri tətbiq etməklə dəstək oluruq. Amma bütün bunlar investisiya tələb edir. Hər bir çətinlik bir fürsətdir. Albert Eynşteynin dediyi kimi, hər problemin ortasında bir həll yolu var. Buna görə də, bu gün iqlim dəyişikliyindən və planetin üzləşdiyi bütün çətinliklərdən danışarkən, mövcud olan fürsətlərə və həll yollarına diqqət yetirməliyik".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti