"Ağdaş” yarımstansiyasında yaxın zamanda BESM istismara veriləcək - Cavid Abdullayev

İqtisadiyyat Materials 7 May 2026 16:53 (UTC +04:00)
"Ağdaş” yarımstansiyasında yaxın zamanda BESM istismara veriləcək - Cavid Abdullayev
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın müddətdə “Ağdaş” yarımstansiyasında Batareya Enerji Saxlanc Mərkəzinin (BESM) istismara verilməsi planlaşdırılır.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev deyib.

O xatırladıb ki, 500 kV-luq “Abşeron” və 220 kV-luq “Ağdaş” yarımstansiyalarının ərazilərində ümumi gücü 250 MVt, enerji tutumu isə 500 MVt/saat olan böyük enerji saxlanc mərkəzləri yaradılıb:

"AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzi bu ilin mart ayında istismara verildi. Yaxın zamanlarda Ağdaşda da Batareya Enerji Saxlanc Mərkəzinin istismara verilməsi planlaşdırılır", - C. Abdullayev vurğulayıb.

Qeyd edək ki, layihə çərçivəsində “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin ərazisində 50 akkumulyator batareya və 13 invertor konteyneri quraşdırılıb. Beynəlxalq məsləhətçi şirkətlərin (ABŞ-nin TETRA Tech və Türkiyənin EPRA) apardıqları araşdırma Azərbaycanda təxminən 1850 MVt gücündə bərpaolunan enerji mənbələrinin təhlükəsiz şəkildə enerji sisteminə qoşulması üçün bu cür batareya sistemlərinin yaradılmasının zəruri olduğunu göstərib.

Xəbər lenti

Xəbər lenti