Dövlət Dəniz və Liman Agentliyi Beynəlxalq Dəniz Təşkilatının Hüquq Komitəsinin 113-cü sessiyasında ölkəmizi təmsil edib

İqtisadiyyat Materials 7 May 2026 17:37 (UTC +04:00)
Dövlət Dəniz və Liman Agentliyi Beynəlxalq Dəniz Təşkilatının Hüquq Komitəsinin 113-cü sessiyasında ölkəmizi təmsil edib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) nümayəndəsi Beynəlxalq Dəniz Təşkilatınin (BDT) Londonda keçirilən Hüquq Komitəsinin 113-cü sessiyasında ölkəmizi təmsil edib.

Trend xəbər verir ki, tədbirdə Agentliyin Hüquq departamentinin Qanunvericilik layihələri şöbəsinin müdiri Nişat Rəhimov iştirak edib.

Sessiyada 2010-cu il tarixli Zəhərli və zərərli maddələrə dair Protokolun qüvvəyə minməsinin asanlaşdırılması və uyğunlaşdırılmış şərhi, BDT-nin alətlərinin tətbiqi ilə bağlı qaydalar müzakirə olunub.

Həmçinin gəmi qeydiyyatının saxtalaşdırılması və saxta gəmi reyestrləri ilə bağlı qeyri-qanuni təcrübələrin qarşısının alınması üzrə tədbirlər, gəmilərin qeydiyyatı ilə bağlı beynəlxalq qaydalar və ən yaxşı təcrübələr nəzərdən keçirilib.

Alternativ yanacaq mənbələrinə dair BDT-nin məsuliyyət və kompensasiya rejimləri, suyun səthi ilə üzən avtonom dəniz gəmilərinin idarə edilməsi, gəmilərə qarşı dəniz quldurluğu, silahlı qarət, dənizdə təhlükələrin qarşısının alınmasına dair məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Sessiyada Qlobal İnteqrasiya edilmiş Gəmiçilik İnformasiya Sisteminə (GISIS) gəmilərin alqı-satqısı ilə bağlı yeni bölmənin daxil ediləcəyi, BDT-nin üzv dövlətlərinə “Gəmilərin alqı-satqısına dair” yeni qüvvəyə minmiş Konvensiyaya qoşulmaq, habelə GISIS sistemi vasitəsilə BDT-yə məlumatların ötürülməsini təmin etmək barədə çağırışlar edilib.

BDT-nin Hüquq Komitəsində təmsil olunan üzv dövlətlərin təmsilçiləri ilə ümumi maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti