Tramp və Əraqçinin mühüm açıqlamalarından əvvəl baş vermiş neft əməliyyatları araşdırılır

Dünya xəbərləri Materials 7 May 2026 21:00 (UTC +04:00)
Tramp və Əraqçinin mühüm açıqlamalarından əvvəl baş vermiş neft əməliyyatları araşdırılır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Ədliyyə Nazirliyi prezidenti Donald Tramp və İranın xarici işlər naziri Abbas Əraqçinin Yaxın Şərqdəki müharibə ilə bağlı əsas açıqlamalarından əvvəl aparılan bir sıra neft ticarət əməliyyatlarını araşdırır.

Trend bu barədə xarici mediaya istinadla xəbər verir.

Ədliyyə Nazirliyi, Əmtəə Fyuçersləri Ticarət Komissiyası (CFTC) ilə birlikdə, bazarın çökməsinə səbəb olan açıqlamalardan bir az əvvəl treyderlərin neft qiymətlərinin düşməsinə 2,6 milyard dollardan çox mərc etdiyi ən azı dörd hadisəni araşdırır.

Trampın İranın enerji infrastrukturuna hücumları təxirə salmaq niyyətini açıqlamasından cəmi 15 dəqiqə əvvəl, 23 martda treyderlər 500 milyon dollarlıq neft satışı həyata keçiriblər . Bu açıqlama neft qiymətlərinin 15% düşməsinə səbəb olub.

7 apreldə investorlar ABŞ-ın İranla müvəqqəti atəşkəs elan etməsindən bir neçə saat əvvəl təxminən 960 milyon dollar dəyərində neft müqavilələrinin satışı üçün sifarişlər veriblər. Bu, neft qiymətlərinin 15% aşağı düşməsinə səbəb olub.

Oxşar vəziyyət 17 apreldə, Əraqçinin sosial mediada İranın Hörmüz boğazından gəmiçiliyi açdığını paylaşmasından 20 dəqiqə əvvəl və 21 apreldə, Trampın İranla atəşkəsin uzadıldığını elan etməsindən 15 dəqiqə əvvəl qeydə alınıb. Bu hallarda, yerləşdirilmiş neft satışı sifarişlərinin həcmi müvafiq olaraq 760 milyon dollar və 430 milyon dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti