Mask rekord məbləğdə vergi ödəyib - 10 milyard dollar

Dünya xəbərləri Materials 7 May 2026 19:05 (UTC +04:00)
Mask rekord məbləğdə vergi ödəyib - 10 milyard dollar
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

"SpaceX" şirkətinin qurucusu İlon Mask bir il ərzində 10 milyard dollar vergi ödədiyini açıqlayıb.

Trend xəbər verir ki, dünyanın ən varlı insanı bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

“Mən bir il ərzində 10 milyard dollar vergi ödəmişəm, tarixdə mənim qədər çox vergi verən olmayıb”,- deyə Mask bildirib.

Maskın sözlərinə görə, o vəfat etdikdən sonra əmlaka görə əlavə 40 faiz həcmində daha bir vergi tutulacaq. O hesab edir ki, ümumilikdə “trilyonlarla dollar vergi” ödənilməli olacaq.

Bundan əvvəl o bildirib ki, bir dəfə o qədər böyük məbləğdə vergi ödəyib ki, bu, ABŞ Vergi Xidmətinin (IRS) kompüter sistemində nasazlığa səbəb olub.

“Məlumatları emal etmək üçün proqram təminatını yeniləməli oldular”,- deyə biznesmen əlavə edib və rəqəmlərin həddindən artıq böyük olduğunu vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti