Bakı. Trend:
İranın sülh təklifi Tehranın nüvə silahlarından imtina etməsini və "nüvə tozunu" ABŞ-a təhvil verməsini nəzərdə tutur.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp deyib.
"Bu, bir səhifəlik təklifdən daha artıqdır. Bu, mahiyyət etibarilə onların nüvə silahına malik olmayacağını nəzərdə tutan təklifdir. Onlar bizə nüvə materiallarını və istədiyimiz bir çox başqa şeyi verəcəklər", - deyə o bildirib.
Qeyd edək ki, D. Tramp ABŞ-nin 2025-ci ilin iyun ayında hava hücumları həyata keçirdiyi İranın İsfahan, Nətənz və Fordodakı nüvə obyektlərində tapılan yüksək dərəcədə zənginləşdirilmiş uranı "nüvə tozu" adlandırır.
