Argentinada hantavirusa yoluxma ən yüksək həddə çatıb

Dünya xəbərləri Materials 7 May 2026 18:48 (UTC +04:00)
Argentinada hantavirusa yoluxma ən yüksək həddə çatıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Argentinada hantavirus infeksiyasına yoluxma və ölüm hallarında misli görünməmiş artım müşahidə olunmaqdadır. Yaranmış vəziyyət ölkənin səhiyyə orqanlarında ciddi narahatlıq doğurur.

Trend bu barədə xarici mediaya istinadla məlumat yayıb.

Argentina Səhiyyə Nazirliyinin hesabatına əsasən, 2025–2026-cı illərin epidemioloji mövsümündə artıq 101 təsdiqlənmiş yoluxma halı qeydə alınıb, 32 nəfər isə həyatını itirib. Beləliklə, ölkədə hantavirusdan ölüm səviyyəsi 31 faizi keçib.

Panamerika Səhiyyə Təşkilatının (PAHO) məlumatına görə, Amerika qitəsində virusa yoluxma hallarının ən yüksək sayı məhz Argentinada qeydə alınıb.

Cari ilin əvvəlindən etibarən Argentinada 42 yeni yoluxma halı rəsmən qeydə alınıb. Hazırkı epidemioloji mövsümdə virusdan ölüm hallarının ümumi sayı isə üç dəfə artıb.

Qeyd edək ki, hantaviruslar, əsasən xırda məməliləri yoluxduran, lakin insanlara da keçə bilən viruslar ailəsidir. Ağır hallarda yoluxan şəxslərdə ağciyər zədələnməsi, ürək çatışmazlığı və hemorragik qızdırma inkişaf edə bilər

Məqalədə:

Xəbər lenti

Xəbər lenti