Bakı. Trend:
İngiltərənin "Aston Villa" və Almaniyanın "Frayburq" komandaları Avropa Liqasının final matçına vəsiqə qazanıblar.
Trend-in məlumatına görə, yarımfinalda "Aston Villa" İngiltərənin "Nottingem Forest" komandasını məğlub edib. Komanda ilk oyunda evdə 0-1 hesabı ilə uduzsa da, cavab oyununda qətiyyətli qələbə qazanaraq dörd cavabsız qol vurub.
Portuqaliyanın “Braqa” komandasını üstələyən “Frayburq” da səfərdə keçirdiyi ilk görüşdə məğlub olub (1:2), lakin doğma meydanda revanş alıb (3:1).
