Xudatda iki nəfər elektronika mağazasını talayıb: biri əvvəllər həmin mağazada çalışıb (VİDEO)

Hadisə Materials 8 May 2026 11:14 (UTC +04:00)
Xudatda iki nəfər elektronika mağazasını talayıb: biri əvvəllər həmin mağazada çalışıb (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Mağazadan 14 ədəd televizor və digər elektrik avadanlıqları oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər Naziliyindən Trend-ə verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Xudat şəhərində yerləşən mağazadan oğurluq edən Elman İmanov və Elçin Məhərrəmov saxlanılıblar.

Onlar obyektdən ümumi dəyəri 23 min manat olan 14 ədəd televizor, 3 ədəd noutbuk və 3 ədəd kondisioner talayıblar.

Müəyyən edilib ki, saxlanılan şəxslərdən biri əvvəllər həmin mağazada çalışıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti