Daha bir Britaniya vətəndaşında hantavirus aşkarlanıb

Dünya xəbərləri Materials 8 May 2026 12:05 (UTC +04:00)
Daha bir Britaniya vətəndaşında hantavirus aşkarlanıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend

“MV Hondius” kruiz gəmisinin sərnişinlərindən daha birində - sayca 3-cü Britaniya vətəndaşında hantavirus aşkarlanıb.

Trend bu barədə Britaniya KİV-ə istinadən xəbər verir.

Hazırda həmin şəxs gəminin aprelin ortalarından bəri yan aldığı Atlantik okeanındakı ucqar Tristan-da-Kunya adasındadır.

Bundan əvvəl başqa iki britaniyalı kişidə hantavirus təsdiqlənib - onlardan biri çərşənbə günü gəmidən təxliyə edildikdən sonra Niderlandda stabil vəziyyətdə qalır, digəri isə ötən ay Cənubi Afrikaya aparıldıqdan sonra reanimasiya şöbəsində müalicə olunur.

“MV Hondius” gəmisinin həftəsonu Kanar adalarına yan alacağı gözlənilir. Hökumət təsdiqləyib ki, kruiz gəmisində qalan Britaniya vətəndaşlarını və ekipaj üzvlərini Böyük Britaniyaya qaytarmaq üçün orada sifariş edilmiş xüsusi təyyarə hazır olacaq.

Yoluxmanın mənbəyi hələlik məlum deyil. Habelə kruiz gəmisinin sərnişinləri və heyət üzvlərindən başqa, kimlərinsə yoluxub-yoluxmadığı məlum deyil.

Ölən üç nəfərdən biri 69 yaşlı niderlandlı qadın olub. O, “MV Hondius” gəmisinin 24 aprel tarixində Müqəddəs Yelena adasında dayanması zamanı gəmini tərk edərək Cənubi Afrikaya yollanıb və iki gün sonra orada vəfat edib. Qadının həyat yoldaşı isə aprelin 11-də gəmidə ölüb. Həmçinin bir alman qadın da gəmidə həyatını itirib.

Hantavirus adətən siçan və siçovul kimi gəmiricilər vasitəsilə yayılır. Lakin mütəxəssislər hesab edirlər ki, bu halda virus yaxın təmasda olan insanlar arasında da keçə bilər.Xəstəliyin simptomlarına qızdırma, halsızlıq, kəskin qarın ağrısı, qusma və tənəffüsün çətinləşməsi daxildir. Bu əlamətlər adətən virusa məruz qaldıqdan iki-dörd həftə sonra ortaya çıxır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti