Bakı. Trend:
Hazırda insan alveri cinayəti törətməkdə təqsirləndirilən 10 nəfərin axtarışı davam etdirilir.
Trend-in məlumatına görə, bu, Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında müzakirə olunan insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında öz əksini tapıb.
Bildirilib ki, hazırda insan alveri cinayəti törətməkdə təqsirləndirilən 10 (-1) şəxsin “Interpol” kanalları ilə beynəlxalq axtarışı davam etdirilir.
Onlardan 7-nin Türkiyədə, 1-nin Pakistanda, 1-nin Rusiya Federasiyasında, 1-nin Birləşmiş Ərəb Əmirliklərində gizləndiyi ehtimal olunur.
