Bakı. Trend:
ABB səhmdarlarına 200 milyon manat dividend ödənilməsi barədə qərar qəbul edib.
Trend xəbər verir ki, bunu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bankın dayanıqlılıq hesabatına həsr olunmuş bugünkü mətbuat konfransında deyib.
“Dünən ABB səhmdarlarının ümumi yığıncağı keçirilib. Yığıncaqda səhmdarlara 200 milyon manat dividend ödənilməsi barədə qərar qəbul olunub. Bununla da ABB artıq ardıcıl 8-ci ildir səhmdarlarına yüksək dividend ödəyir. Səhmdarların pay bölgüsünə uyğun olaraq dividendlərin 184 milyon manatı dövlətə, qalan hissəsi isə digər səhmdarlara ödəniləcək”, – deyə o bildirib.
