Bakı. Trend:
ABB beynəlxalq istiqraz buraxılışını nəzərdən keçirir.
Trend xəbər verir ki, bunu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bankın dayanıqlılıq hesabatına həsr olunmuş bugünkü mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bununla bağlı bir sıra ölkələrdə fəaliyyət göstərən tərəfdaş banklara müraciətlər ünvanlanıb. Həmin banklar əsasən Körfəz ölkələrini əhatə edir.
“Əgər təklif olunan şərtlər maraqlarımıza uyğun olarsa, ilin sonuna doğru xarici bazarlarda - xüsusilə İngiltərə, İrlandiya və digər ölkələrdə qeydiyyatdan keçmiş istiqrazların buraxılışını həyata keçirəcəyik. Bununla bağlı yekun qərarın isə cari ilin birinci yarısının sonunadək verilməsi planlaşdırılır”, - deyə sədr əlavə edib.
