Bakı. Trend:
Qazaxıstanda kişilər orta hesabla 27,9 yaşında, qadınlar isə 25,3 yaşında ailə qurur.
Trend xəbər verir ki, bu barədə Qazaxıstanın Birinci Kredit Bürosu məlumat yayıb.
2026-cı ilin əvvəlinə ölkədə 10 milyon kişi yaşayırdı ki, bu da qadınların sayından cəmi 450 min nəfər azdır. Fərq tədricən azalır və kişilərin payı 49 faizə yaxınlaşıb.
2025-ci ildə Qazaxıstanda 172,5 min oğlan uşağı doğulub. Ən populyar adlar Məhəmməd, Əlixan, Aysultan, Ömər və Aldiyar olub.
Kişilərin orta yaşı 31,1, qadınların isə 34,3-dür.
