Şuşada mövzu seçməyə ehtiyac yoxdur, təbiətin özü sənə mövzu verir - Şuşalı rəssam

Gündəm Materials 8 May 2026 19:20 (UTC +04:00)
Şuşada mövzu seçməyə ehtiyac yoxdur, təbiətin özü sənə mövzu verir - Şuşalı rəssam
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda emalatxanada işləyərkən mövzunu özün seçirsən. Amma Şuşada təbiətin özü sənə mövzu verir. Burada işlənəcək, çəkiləcək mövzular çoxdur.

Bunu Trend-in Qarabağ bürosuna açıqlamasında rəssam Zaur Mirzəyev deyib.

Z.Mirzəyev bildirib ki, Şuşada anadan olub, 20 yaşına qədər buarada yaşayıb və hazırda da şəhərdə fəaliyyət göstərir:

"2020-ci ildə əldə olunan qələbədən sonra qısa müddətdə doğma yurda qayıdaraq yaradıcılığımı Şuşada davam etdirməyə başlamışam. Əsasən qrafika üslubunda işləyirəm. Şuşaya qayıtdıqdan sonra yaradıcılığıma müəyyən dəyişikliklər olacaq və rəngli əsərlərə də üstünlük verirəm".

Onun sözlərinə görə, Şuşadakı yaradıcılıq mühiti tamamilə fərqlidir: “Artıq iki ildir Şuşada yaşayıram və bundan sonra yaratdığı əsərlərin sayının daha da artacağına inanıram".

Rəssam hesab edir ki, qarşıda Şuşa ilə bağlı yaradılacaq çoxsaylı möhtəşəm əsərlər və işlənəcək mövzular var.

O əlavə edib ki, Şuşaya qayıtdıqdan sonra Yaradıcılıq Mərkəzində onun fəaliyyəti üçün lazımi şərait yaradılıb və hazırda orada çalışır.

Z.Mirzəyev bildirib ki, Şuşa əməliyyatı dünya hərb tarixinə düşən əməliyyatlardan biridir:

"Mən hələ Bakıda yaşadığı dövrdə bu mövzu üzərində düşündüyünü və müəyyən eskizlər hazırlamışam.Rəssamlıq elə bir sənətdir ki, bir əsəri yaratmazdan əvvəl həmin məkanlara dəfələrlə gedib baxmalı, müşahidələr aparmalı və qeydlər etməlisən. İnanıram ki, qarşıdakı illərdə Şuşa zəfəri ilə bağlı möhtəşəm əsərlərim olacaq”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti