Elvin Camalov bir neçə klubun transfer siyahısında - "Neftçi " ilə müqaviləsi bitir

İdman Materials 8 May 2026 16:25 (UTC +04:00)
Elvin Camalov bir neçə klubun transfer siyahısında - "Neftçi " ilə müqaviləsi bitir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu mövsüm zədə səbəbindən az oyun praktikası qazanan Elvin Camalov klubunu dəyişə bilər.

Trend xəbər verir ki, Premyer Liqanın bir neçə klubu onu heyətində görmək istəyir.

Yuri Vernidubun gəlişindən sonra elə də çox şans qazanmasa da, Camalov meydana çıxdığı matçlarda yaxşı təsir bağışlayıb. Meydanda böyük iş əmsalı yerinə yetirməsi, xüsusən dayaq zonasında oyunu düzgün aparmaq bacarığı ilə seçilən yarımmüdafiəçi məhz bu keyfiyyətlərinə görə digər komandaların məşqçilərinə maraqlı gəlir.

Elvin Camalovun "Neftçi"də qalması da mümkün variantlar arasındadır. Lakin az şans qazanması daha çox gedəcəyi barədə düşünməyə əsas verir.

Qeyd edək ki, mövsümün sonunda Camalovun "Neftçi" ilə müqaviləsi bitir.

Xəbər lenti

Xəbər lenti