Bakı. Trend:
Bəhreynin təhlükəsizlik qüvvələri İranın İslam İnqilabı Keşikçiləri (SEPAH) korpusu ilə əlaqələrdə şübhəli bilinən 41 nəfəri saxlayıb.
Trend xəbər verir ki, bu barədə ərəb dövlətinin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, sözügedən şəbəkə operativ materiallar, xüsusi xidmət orqanlarının raportları, eləcə də yerli prokurorluqların xarici dövlətlərin xeyrinə və İranın hücumlarına dəstəklə bağlı açdığı cinayət işləri əsasında ifşa olunub.
Qeyd olunur ki, saxlanılan şəxslər həmin təşkilatın əsas strukturuna üzv olan şəxslər olub. Hazırda saxlanılan 41 nəfərlə bağlı müvafiq hüquqi prosedurlar yerinə yetirilir.
