Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 6,6 milyard avro ayrılıb

Dünya xəbərləri Materials 9 May 2026 07:59 (UTC +04:00)
Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 6,6 milyard avro ayrılıb

Bakı. Trend:

Belçikanın “Euroclear” depozitarı açıqlayıb ki, 2024-cü ildən bu yana Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlər hesabına Ukraynaya ümumilikdə 6,6 milyard avro vəsait köçürülüb.

Trend xəbər verir ki, şirkətin yaydığı məlumatda növbəti tranşın — təxminən 1,4 milyard avro məbləğin 2026-cı ilin iyul ayında ödənilməsinin nəzərdə tutulduğu qeyd edilib.

Bildirilib ki, ayrılan vəsaitlər Avropa Fonduna transfer olunub.

Xəbər lenti

Xəbər lenti