Premyer Liqanın XXXI turunda bu gün iki qarşılaşma baş tutacaq

İdman Materials 9 May 2026 09:58 (UTC +04:00)
Premyer Liqanın XXXI turunda bu gün iki qarşılaşma baş tutacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Misli Premyer Liqasının XXXI turunda daha iki oyun baş tutacaq.

Trend xəbər verir ki, əvvəlcə "Qəbələ" doğma meydanda "Qarabağ"ı qəbul edəcək.

Qəbələ şəhər stadionunda, saat 17:00-da başlayacaq görüşü İnqilab Məmmədov idarə edəcək.

Hazırda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan "Qarabağ"ın 62 xalı var. 20 xala malik "Qəbələ" isə 11-ci yerdədir.

Günün son matçı Sumqayıtda baş tutacaq. Şəhərin eyniadlı komandası "Araz-Naxçıvan"ı qəbul edəcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19:30-da startı veriləcək oyunun baş hakimi Rəvan Həmzəzadə olacaq.

"Araz-Naxçıvan" 40 xalla turnir cədvəlinin 6-cı pilləsində yer alıb. 38 xala malik "Sumqayıt" isə hazırda yeddincidir.

Qeyd edək ki, turun ötən gün baş tutan görüşlərində "Kəpəz" son Azərbaycan çempionu "Sabah"ı (1:0) məğlub edib. "İmişli" - "Zirə" matçı isə qolsuz bərabərliklə başa çatıb. Premyer Liqada tura mayın 10-da yekun vurulacaq.

Xəbər lenti

Xəbər lenti