Rubio ilə Uitkoff Qətərin Baş naziri ilə mümkün İran razılaşmasını müzakirə ediblər

Dünya xəbərləri Materials 10 May 2026 01:20 (UTC +04:00)

Bakı. Trend:

ABŞ dövlət katibi Marko Rubio və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl-Sani ilə İranla razılığa gəlmək imkanlarını müzakirə ediblər.

Trend-in məlumatına görə, bu barədə "Axios" portalı mənbələrə istinadən xəbər verib.

Məlumata əsasən, görüş 9 may tarixində Florida ştatının Mayami şəhərində baş tutub. Tərəflər müharibəyə son qoymaq üçün anlaşma memorandumunun bağlanması yolunu tapmağa diqqət yetiriblər.

Bildirilib ki, ABŞ hələlik İrandan təklif etdiyi memorandum layihəsinə cavab almayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti