Bakı. Trend:
Almaniya hava limanı operatorları davam edən kerosin böhranından narahatdırlar.
Trend xarici mediaya istinadla xəbər verir ki, bunu Almaniya Mülki Aeroportlar Assosiasiyası baş direktoru Ralf Beisel bildirib.
Onun sözlərinə görə, ən pis ssenaridə bəzi hava limanlarının 10 faiz azalma təhlükəsi ilə üzləşə və bütün hava limanları üçün hesablandıqda isə böhran 20 milyon sərnişinə təsir edə bilər.
"Xüsusilə ucuz aviaşirkətlərdə və turistik baxımdan daha az əhəmiyyətli istiqamətlərdə uçuşların ləğvindən xüsusilə narahatıq", - deyə baş direktor bildirib.
O əlavə edib ki, bəzi istiqamətlərə artıq ümumiyyətlə uçuşlar həyata keçirilməyəcək, digərlərinə isə daha az və yüksək qiymətlərlə uçuş təklif olunacaq.
Ralf Beiselin sözlərinə görə, uçuşların ləğvi yanacaq xərcləri səbəbindən daha tez baş verə bilər.
"Son iki aydır ki, kerosin qiymətləri müharibədən əvvəlkindən ikiqat yüksəkdir. Önümüzdəki aylarda normallaşma gözləmirik. Kerosin mövcud olsaydı belə, aviaşirkətlər bir çox uçuşları bu qiymətlərlə iqtisadi cəhətdən sərfəli şəkildə həyata keçirə bilməzdilər".
Hava limanları kerosin böhranının təsirlərini azaltmaq üçün hökumətdən güzəştlər tələb edir. Bu kontekstdə Beisel bildirib ki, qısa müddətdə hava nəqliyyatı vergisi dayandırılmalı, orta müddətdə isə ən azı yarıya endirilməlidir.
Almaniyada hava nəqliyyatı vergisi Avropada ən yüksək vergilərdən biridir və Almaniyanın aviasiya mərkəzi kimi mövqeyinə əhəmiyyətli bir yük qoyur.
