Praqada oteldə yanğın – zərərçəkənlər var

Dünya xəbərləri Materials 9 May 2026 14:43 (UTC +04:00)
Praqada oteldə yanğın – zərərçəkənlər var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çexiyanın paytaxtı Praqanın mərkəzində - Blanitska küçəsində yerləşən otellərdən birində güclü yanğın baş verib.

Trend xəbər verir ki, bu barədə Çexiyanın Birləşmiş Xilasetmə və Yanğın-Mühafizə Xidmətinin rəsmi “X” səhifəsində məlumat yayıb.

Binadan insanlar təxliyə edilib. Hadisə yerinə üç xilasetmə briqadası səfərbər olunub.

Hadisə nəticəsində iki nəfərin dəm qazından zəhərləndiyi bildirilir. Yanğın otelin zirzəmi hissəsində meydana gəlib. Ekspertlər onun səbəblərini araşdırırlar.

Yanğınla əlaqədar ətrafdakı mərkəzi küçələrdə tramvayların hərəkəti dayandırılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti