Bakı. Trend:
İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Livanın cənubundakı Səidə şəhəri yaxınlığındakı Saksakiya kəndinə zərbə endirib, nəticədə 9 nəfər həlak olub, 15 nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, sərhəd bölgələrindən olan qaçqın ailəsinin yaşadığı evlərdən birinə raket zərbəsi endirilib. Üç uşaq da daxil olmaqla, bütün ailə üzvləri həlak olub.
Xilasedicilər dağıntıları təmizləməyə davam etdikləri üçün qurbanların və yaralıların sayının arta biləcəyi bildirilir.