Bakı.Trend:
Bu həftə "Azeri Light CIF", "Urals", "Dated Brent" və "Azeri Light FOB Ceyhan" markalı neftin orta qiymətləri azalıb.
Trend-in məlumatına görə, Azərbaycanda “Azəri-Çıraq-Günəşli” yatağından hasil olunan Azeri Light CIF markalı neftin orta qiyməti ötən həftə ilə müqayisədə 8,03 ABŞ dolları və ya 6,8 faiz azalaraq 110,77 ABŞ dolları təşkil edib.
Məlumata əsasən, həftə ərzində bu markalı xam neftin maksimal qiyməti bir barel üçün 118,56 ABŞ dolları, minimal qiyməti isə 105,55 ABŞ dolları olub.
Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə "Azeri Light" markalı neftin orta qiyməti bir barel üçün 107,715 ABŞ dolları təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 7,9 ABŞ dolları və ya 6,8 faiz aşağıdır. Həftə ərzində ən yüksək qiymət bir barel üçün 115,45 ABŞ dolları, ən aşağı qiymət isə 102,49 ABŞ dolları olub.
"Urals" markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 8,325 ABŞ dolları və ya 8,8 faiz azalaraq bir barel üçün 86,415 ABŞ dollarına enib. Həftə ərzində maksimal qiymət 94,19 ABŞ dolları, minimal qiymət isə 81,21 ABŞ dolları təşkil edib.
Dated Brent markalı neftin orta qiyməti bir barel üçün 106,12 ABŞ dolları olub ki, bu da ötən həftə ilə müqayisədə 9,1 ABŞ dolları və ya 10,67 faiz çoxdur. Həftə ərzində bir barelin maksimal qiyməti 114,99 ABŞ dolları, minimal qiyməti isə 100,59 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Böyük Britaniyada bayram olduğundan ayın 4-də birja işləməyib. Ona görə də həmin günə dair göstərici açıqlanmayıb.
|
Neft/tarix |
04.05.2026 |
05.05.2026 |
06.05.2026 |
07.05.2026 |
08.05.2026 |
Orta qiymət |
|
Azeri LT CIF |
- |
$118.56 |
$108.99 |
$105.55 |
$109.98 |
$110.77 |
|
Azeri Light FOB Ceyhan |
- |
$115.45 |
$105.91 |
$102.49 |
$107.01 |
$107.715 |
|
Urals (EX NOVO) |
- |
$94.19 |
$84.41 |
$81.21 |
$85.85 |
$86.415 |
|
Dated Brent |
- |
$114.99 |
$104.19 |
$100.59 |
$104.72 |
$106.12 |
