Britaniyada naməlum şəxs avtomobili ilə çox sayda piyadanı vuraraq qaçıb

Dünya xəbərləri Materials 9 May 2026 13:12 (UTC +04:00)
Britaniyada naməlum şəxs avtomobili ilə çox sayda piyadanı vuraraq qaçıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Britaniyanın Nottinqemşayr əyalətinin Arnold şəhərində bir sürücü avtomobili ilə şəhər mərkəzində çox sayda piyadanı vuraraq, maşını hadisə yerində tərk edib və ərazidən qaçıb.

Trend xəbər verir ki, bu barədə BBC Nottinqemşayr polis idarəsinə istinadən xəbər verir.

Naməlum şəxsin qırmızı “Vauxhall Astra” markalı avtomobillə törətdiyi hadisədə bir nəfər ağır yaralanıb və onun vəziyyətinin hazırda kritik olduğu deyilir.

Cinayətkarın yaxalanması üçün şəhərdə bir sıra yollar bağlanıb, polis postları qurulub.

Polis geniş ictimaiyyətə hər hansı ciddi təhlükənin olmadığına əmin etsə də, mülki şəxslərin həmin ərazilərdən mümkün qədər uzaq durmağı tapşırıb.

Müstəntiqlər hazırda hadisə yerində araşdırmaya başlayıb.

Şübhəlinin tutulması istiqamətində cinayət-axtarış tədbirləri həyata keçirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti