Zaqatalada restorandan çıxan şəxsə ov tüfəngi ilə atəş açılıb

Hadisə Materials 9 May 2026 17:18 (UTC +04:00)
Zaqatalada restorandan çıxan şəxsə ov tüfəngi ilə atəş açılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Zaqatalada silahlı insident olub.

Trend-in məlumatına görə, hadisə bu gün saat 01:30 radələrində rayonun Yuxarı Tala kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini, 39 yaşlı İsa Boloyev restorandan çıxarkən ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı Musa Mustafazadə saxlanılıb. Ondan ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti